Modern.az

Ucarda piyada vuruldu

Ucarda piyada vuruldu

5 Noyabr 2020, 21:14

Ucar rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb.

 

Kürdəmir rayonunda məskunlaşan Cəbrayıl rayon sakini, 1995-ci il təvəllüdlü Mehdiyev Seymur Söhbət oğlu yolu keçmək istəyərkən onu "Mercedes" markalı avtomobil vurub.

Nəticədə S.Mehdiyev aldığı xəsarətdən hadisə yerində keçinib. Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.

 

Fakt araşdırılır (report).

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi