Modern.az

Azərbaycan səfiri Brandenburq prezidenti ilə görüşdü

Azərbaycan səfiri Brandenburq prezidenti ilə görüşdü

5 Noyabr 2020, 21:36

Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfiri Ramin Həsənov Brandenburq federal torpağına səfər edib və səfəri zamanı federal torpağın Landtaqının (parlament) prezidenti Prof. Dr. Ulrike Liedtke ilə görüş keçirib.

 

Modern.az xəbər verir ki, səfir Həsənov və Landtaq prezidenti Ulrike Liedtke ikitərəfli münasibətlər və gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar. Görüş zamanı həmçinin regional məsələlər, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi də müzakirə edilib. 

 

Səfir Həsənov Brandenburq Landtaqının qonaq kitabına imza atıb. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi