Türkiyədə son sutka ərzində 2 311 nəfər koronavirusa yoluxub, 81 nəfər vəfat edib.
Modern.az xəbər verir ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 10 639-a, yoluxanların sayı isə 386 820-ə çatıb. Ağır xəstələrin sayı 2 564 nəfər təşkil edir.
Ölkədə ümumilikdə 14 700 951 insan test olunub.