Modern.az

“Müsəlmanları günahlandıra bilmərik” - Dalay Lama

“Müsəlmanları günahlandıra bilmərik” - Dalay Lama

6 Noyabr 2020, 00:50

Tibetin dini lideri Dalay Lama Fransa və digər Avropa ölkələrində terror hücumlarını şərh edərkən ayrı-ayrı ekstremistləri bütün müsəlman dünyasına aid etməyi doğru olmadığını deyib.

 

Modern.az “RİA Novosti”yə istinadla xəbər verir ki, o, bu barədə buddistlərin onlayn təlimində çıxışında bildirib.

 

“Son vaxtlar Avropada İslam fundamentalistləri tərəfindən bir neçə silahlı hücum təşkil edildi, ancaq biz baş verən bu faciələrə görə bütün müsəlmanları günahlandıra bilmərik. Bu, səhv olardı”, - deyə Tibetin dini lideri söyləyib.

 

D.Lama əlavə edib ki, Tibet Buddizminin ardıcılları arasında müxtəlif münaqişələrə səbəb olmuş insanlar var, amma buna görə bütün buddistlərin belə olduğunu söyləmək səhvdir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı