Modern.az

Prezident Emoməli Rəhmonla görüşüb

Prezident Emoməli Rəhmonla görüşüb

12 İyul 2012, 10:46

Prezident İlham Əliyev Azərbaycana rəsmi səfərə gələn Tacikistan prezidenti Emoməli Rəhmonla görüşüb. Modern.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, təkbətək görüşdə Azərbaycanla Tacikistan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq bildirilib. Dövlətlərimiz arasında əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu qeyd edilib.

 Tacikistan prezidenti Emoməli Rəhmonun Azərbaycana rəsmi səfərinin ölkələrimiz arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından önəmi vurğulayıb.

 Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparılıb.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək