Gürcü-Abxaz Müharibəsi zamanı çoxsaylı hərbi cinayətlərə əl atan Baqramyan batalyonunun döyüşçüləri Qarabağa gəlir.
Modern.az xəbər verir ki, batalyonun bir qrup veteranı Abxaziyada yaşayan erməni gəncləri də toplayaraq işğalçı Ermənistan dəstək verməyi düşünür. Onların ilk qrupunun Rusiya keçərək oradan Soçi-Yerevan reysi ilə Ermənistana gəlməsi planlaşdırılır.
Xatırladaq ki, separatçı Abxaziya ordusunun tərkibinfdə vuruşan Baqramyan batalyonu yerli ermənilərdən toplanmışdı. Batalyon Abxaziya ərazisində gürcü sakinlərə qarşı etnik təmizləmə və hərbi cinayətlərə yol verib.