“Bütün ölkə üzrə qrip əleyhinə peyvəndləmə başlanılıb. Buna uyğun olaraq, şirkətimiz tərəfindən Fransadan vaksinlər alınıb və işçilər üçün tam ödənişsizdir”.
Bunu Modern.az-a SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin rəsi müavini İbrahim Əhmədov neftçilərin COVID-19 əleyhinə məcburi vaksinasiya olunması iddialarına cavab olaraq bildirib.
İ.Əhmədovun sözlərinə görə bu, deyildiyi kimi, COVID-19 vaksini deyil:
“Biz Fransadan qrip əleyhinə vaksin almışıq. Hazırda SOCAR-ın bəzi idarə və təşkilatlarında qrip əleyhinə bu vaksindən istifadə edilir. Bu da könüllüdür, heç kim buna məcbur edilmir. Mən özüm də dünən qrip əleyhinə vaksinasiya olunmuşam. Peyvən həm də koronavirusdan qorunmaq üçün əlavə tədbir olaraq vuruluq. Çünki mütəxəssisələr qrip və koronavirusun ikisinin bir yerdə daha təhlükəli olduğunu bildirirlər”.
Qeyd edək ki, Neftçilərin Hüquqlarını Müdafiə İctimai Birliyinin rəhbəri Mirvari Qəhrəmanlı sosial şəbəkə hesabında neftçilərin məcburi şəkildə COVID-19 əleyhinə vaksinasiya olunduğunu yazıb. O təklif edib ki, vaksin ilkin olaraq şirkətin rəhbər şəxslərinə vurulsun.