Modern.az

Azərbaycanla Tacikistan arasında 9 sənəd imzalanıb

Azərbaycanla Tacikistan arasında 9 sənəd imzalanıb

12 İyul 2012, 12:32

Modern.az AzərTAc-a istinadən xəbər verir ki, iyulun 12-də Azərbaycan Prezidenti İlham Əliyevlə Tacikistan Prezidenti Emoməli Rəhmonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Tacikistan sənədlərinin imzalanma mərasimi olub.

Dövlət başçıları “Azərbaycan Respublikası Prezidentinin və Tacikistan Respublikası Prezidentinin Birgə Bəyanatı”nı imzalayıblar.

İkinci mühüm sənədi  “Bakı Dövlət Universiteti və Tacikistan Milli Universiteti arasında əməkdaşlıq haqqında Müqavilə”ni təhsil naziri Misir Mərdanov və Tacikistanın təhsil naziri Nuriddin Saidov imzalayıb.

 “Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi və Tacikistan Respublikası Milli Olimpiya Komitəsi arasında əməkdaşlıq haqqında Memorandum”u Azərbaycanın Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Tacikistanın Gənclər, İdman və Turizm Komitəsinin sədri Malikşo Nematov tərəfindən imzalanıb.

 “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Tacikistan Respublikası Kənd Təsərrüfatı Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Saziş”ə kənd təsərrüfatı naziri İsmət Abasov və Tacikistan Respublikasının kənd təsərrüfatı naziri Kosim Kosimov imza atıblar.

 “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Tacikistan Respublikası Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol”u Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Tacikistan Respublikasının xarici işlər naziri Xamroxon Zarifi imzalayıblar.

Növbəti mühüm saziş  “Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında müəlliflik hüququ və əlaqəli hüquqların qorunması sahəsində əməkdaşlıq haqqında” Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov və Tacikistan Respublikasının mədəniyyət naziri Mirzoşoxrux Asrori imzası ilə reallaşıb.

Daha sonra  “Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında gənclərlə iş və idman sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov və Tacikistan Respublikasının Gənclər, İdman və Turizm Komitəsinin sədri Malikşo Nematov imzalayıblar.

 “Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında təhsil sənədlərinin, elmi dərəcələrin və elmi adların qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş”i Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov və Tacikistan Respublikasının təhsil naziri Nuriddin Saidov imzalayıb.

 “Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında 2013-2015-ci illər üçün iqtisadi əməkdaşlıq üzrə Proqram”ı Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri, hökumətlərarası komissiyanın həmsədri Şahin Mustafayev və Tacikistan Respublikasının xarici işlər naziri Xamroxon Zarifi imzalayıblar.

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək