“İyulun 6-da Ali Attestasiya Şurasında “Kooperasiya” elmi jurnalı qeydiyyatdan keçib”. Bu barədə Modern.az-a Koorperasiyalar İttifaqının sədri, Kooperasiya Universitetinin rektoru, deputat Eldar Quliyev bildirib.
“Uzun müddət idi ki, jurnalın qeydiyyatdan keçməsini gözləyirdik. Buna görə də Ali Attestasiya Komissiyasının rəhbərliyinə təşəkkürümüzü bildiririk”, – deyə E. Quliyev qeyd edib.
Deputatın sözlərinə görə, bundan sonra bu jurnalda elmi məqalələr dərc olunacaq. “Bu da ölkəmizdə elmin inkişafında mühüm rol oynayacaq amillərdən biridir”.
Aytən Əliyeva