27 sentyabrdan şanlı Azərbaycan ordusu cəbhədə düşmənə adekvat cavablar verərək, haqlı mübarizəsini davam etdirir.
Üçrəngli bayrağımız bu günə qədər işğaldan azad edilmiş ərazilərimizdə - 4 şəhər, 3 qəsəbə, 200-dən çox kənd və vacib yüksəkliklərdə ucaldılıb. Birinci Qarabağ müharibəsi dövründən fərqli olaraq, hazırda həm ordu, həm də xalq arasında yüksək əhval-ruhiyyə, birlik hökm sürür.
Noyabrın 3-də Ali Baş Komandan İlham Əliyevin "Azərbaycan Ordusu Şuşaya bir nəfəs qədər yaxındır" açıqlaması qələbəyə nə qədər yaxın olduğumuzu bir daha təsdiqlədi.
Azərbaycan əsgəri indi 1992-ci ilin yanvarında Şuşa yaxınlığındakı Daşaltı kəndində baş tutmuş uğursuz əməliyyatın qisasını alır.
Modern.az tarixi vərəqləyərək keçmiş və indiki döyüş əməliyyatlarını müqayisə edib.
Həmin videonu təqdim edirik.
Könül Hüseynova