Modern.az

“Bütün müdafiə imkanlarımızı Can Azərbaycanla bölüşməyə hazırıq”

“Bütün müdafiə imkanlarımızı Can Azərbaycanla bölüşməyə hazırıq”

6 Noyabr 2020, 21:49

"Öz müdafiə ehtiyaclarımızı milli imkanlarımızla qarşılamaqla bərabər, dost və müttəfiq ölkələrin də ehtiyacını ödəyirik. Bunun ən bariz nümunəsi Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ torpaqları uğrunda apardığı haqlı mübarizə üçün istifadə etdiyi İHA və SİHA-larımızıdır".

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay Türkiyə Prezident Administrasiyası nəzdindəki Müdafiə Sənayesi Nazirliyinin quruluşunun 35-ci ili ilə əlaqədar keçirilən tədbirdəki çıxışı zamanı deyib.

 

Vitse-prezident bildirib ki, Türkiyə bütün müdafiə imkanları ilə Azərbaycanın mübarizəsinə dəstək verməyə hazırdır.

 

"Türkiyə olaraq bütün qəlbimizlə Azərbaycanın topraqlarını işgalçı Ermənistandan geri almaq üçün apardığı mübarizəsini dəstəkləyirik. Ehtiyac olduğu halda bütün müdafiə imkanlarımızı Can Azərbaycanla bölüşməyi davam etdirəcəyik", - deyə Fuat Oktay bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi