Futbol üzrə İtaliya milli komandasının baş məşqçisi Roberto Mançini yeni növ koronavirusa (COVID-19) yoluxub.
Modern.az xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının açıqlamasında bildirilir.
Qeyd edilir ki, baş məşqçi simptomsuz virusun daşıyıcısıdır və hazırda Romadakı evində təcridetmədədir. Mançini karantinin müddətinin başa çatmasından sonra işə başlayacaq.