Rusiyanın Baş nazirinin müavini Aleksey Overçukun olduğu avtomobil Moskvadakı Kutuzovski prospektində qəzaya uğrayıb.
Modern.az “RİA Novosti”yə istinadla xəbər verir ki, onu Mərkəzi Klinik Xəstəxanaya aparıblar.
Hadisə yerli vaxtla 20:30-da baş verib. Yol polisinin ilkin məlumatına görə, qəza zamanı iki avtomobil toqquşub.