Modern.az

Seyran Ohanyan Şuşada ağır yaralandı

Seyran Ohanyan Şuşada ağır yaralandı

6 Noyabr 2020, 23:44

Şuşa uğrunda gedən şiddətli döyüşlər zamanı Ermənistanın keçmiş müdafiə naziri general-polkovnik Seyran Ohanyan da ağır yaralanıb.

Modern.az xəbər verir ki, bu barədə haqqın.az məlumat yayıb.

Qeyd edək ki, bundan əvvəl separatçıların lideri Arayik Arutyunyan Seyran Ohanyanı Şuşanın hərbi komendantı təyin etmişdi.

Azərbaycanın rəsmi mənbələri Seyran Ohanyanın zədələnməsi barədə məlumatı sayta təsdiqləyiblər.

 Seyran Ohanyan 366-cı alayın 2-ci motoatıcı taborunun komandiri kimi Xocalı sakinlərinin qətlində şəxsən iştirak edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?