"Messi möhtəşəm oyunçudur və onu rəqibi ən çox cəzalandıracağı mövqeyə qoymaq istəyirik. O, daima rəqibə problem yarada biləcək birisidir. Emosional baxımdan o, hazırda yaxşıdır, oyundan həzz alır. O, qalib ruhlu birisidir və bəzən bəxti gətirmir qapı qarşısında, top sadəcə girmək istəmir. Bununla belə onu tam hazır görürəm".
Modern.az xəbər verir ki, bunu İspaniyanın "Barselona" klubunun baş məşqçisi Ronald Kuman keçirdiyi mətbuat konfransında deyib.
O, Messinin UEFA Çempionlar Liqası çərçivəsində keçirilən "Barselona" - "Dinamo Kiyev" matçında bir epizodda rəqibə qarşı pressinq etməməsi barədə suala belə cavab verib:
"Bilmirəm. Siz deyirsiniz 93-cü dəqiqədir. Oyun ərzində o qədər şəkillər olur ki. Məsələn, mən otururam, kefsizəm, əsəbiyəm və s. Bu o demək deyil ki, 90 dəqiqə belə oluram. Belə görürəm, siz bizim şəkillərdən daha çox məlumatlısınız, nəinki biz. Bu yanaşmanızla razı deyiləm. Onun son oyunda gəzməsini görməmişəm və heç bunda maraqlı da deyiləm. Əgər hər hansı qarşıdurma yaratmaq istəyirsinizsə, bu sizin problemdir".
Kuman Messinin oyun böhranı keçirməsi barədə sualını da cavablandırıb:
"Xeyr, onun olduqca çox üstünlükləri var. Bizim oyununda da çox vacib elementdir. Penalti vurmağının onun fərq yaratmaması demək deyil. O, hələ də fərq yaradan birisidir".
T.İSMAYIL