Modern.az

Braziliyalı Marlonun yolladığı şirniyyat əsgərlərimizə çatdı - VİDEO

Braziliyalı Marlonun yolladığı şirniyyat əsgərlərimizə çatdı - VİDEO

7 Noyabr 2020, 00:59

Braziliyanın Marlon adlı azyaşlı sakini Azərbaycan əsgərlərinə məktub yazıb.

 

Modern.az xəbər verir ki, azyaşlı Azərbaycan Ordusunun Qarabağın işğaldan azad edilməsi ilə bağlı keçirdiyi hərbi əməliyyatlarla maraqlanıb.

 

Marlon ordumuzun torpaqlarımız uğrunda apardığı döyüşlərdə iştirakına dəstək üçün hərçilərimizə üzərində Azərbaycan bayrağının rəsmi və ürək sözləri olan məktub göndərib. Marlon əsgərlərimizə həmçinin yığdığı xərcliyini də göndərib və xahiş edib ki, həmin pula onlara şirniyyat alınsın.

 

Əsgərlərimiz öz növbəsində azyaşlı braziliyalıya minnətdarlıq ediblər. Onlar torpaqlarımızın işğaldan azad edilməsindən sonra Marlonu Qarabağa dəvət edəcəklərini söz veriblər.

 

 

 

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi