Dağlıq Qarabağda döyüşlərin gedişində Ermənistanın sabiq müdafiə naziri, general-polkovnik Seyran Ohanyanın oğlu Artur da yaralanıb.
Modern.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə onun vəkili Karen Mejlumyan bildirib.
“O, yaralanıb, indi xəstəxanaların birindədir. Digər detalları deyə bilmərəm”, - Mejlumyan məlumatlandırıb.
Qeyd edək ki, dünən Arturun atası Seyran Ohanyanın ağır yaralanması barədə xəbər verilmişdi.