Modern.az

Messiyə əvvəlki maaşından imtina etmək təklif olundu

Messiyə əvvəlki maaşından imtina etmək təklif olundu

7 Noyabr 2020, 09:37

"Barselona" futbol klubunun prezidentliyinə namizədi Antoni Freyksa komandanın kapitanı Lionel Messi ilə yeni müqavilənin detallarını açıqlayıb.

 

Modern.az xəbər verir ki, onun sözlərini "El Curubito YouTube" kanalı sitat gətirib.

 

Freyskanın sözlərinə görə, "göy-qırmızılar" Messi ilə yeni müqaviləni imzalayarkən ona əvvəlki maaşını təklif edə bilməyəcəklər. Beləliklə, argentinalı maliyyə itkiləri ilə üzləşməyə məcbur olacaq.

 

"Biz Messini əmin etməyəcəyik. Məqsədimiz hər tərəfin, yənı "Barselona"nın və Messinin prioritetlərini müəyyənləşdirməkdir", - o, qeyd edib.

 

Xatırladaq ki, Antoni Freyksa Xosep Bartolomeunun gedişindən sonra Kataloniya klubunun prezidentliyinə namizəd olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi