Modern.az

Beyləqanda avtomobil 4 piyadanı vurdu - 3-ü öldü

Beyləqanda avtomobil 4 piyadanı vurdu - 3-ü öldü

7 Noyabr 2020, 12:25

Beyləqanda avtomobil 4 piyadanı vurub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Noyabrın 6-da saat 19 radələrində Beyləqan rayonunun 2-ci Şahsevən kəndi ərazisində şəhər sakini X.Hüseynov idarə etdiyi “Renault” markalı avtomobillə yolun kənarında dayanmış Rasim Rufullayevi, C.Musayevi, Qismət Əliyevi və oğlu Hikməti vurub.

 

Nəticədə R.Rufullayev, Q.Əliyev və Hikmət aldığı xəsarətlərdən hadisə yerində ölüblər.

 

Beyləqan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi