Tacikistan prezidenti Emoməli Rəhmon “Heydər Əliyev” ordeni ilə təltif edilib. Modern.az prezidentin rəsmi saytına istinadən xəbər verir ki, prezident İlham Əliyev Tacikistan Respublikası ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Tacikistan Prezidenti Emoməli Rəhmonun “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Modern.az