Modern.az

“Qarabağın erməni icmasına yaxşı yaşayış şəraiti yaratmağa hazırıq”

“Qarabağın erməni icmasına yaxşı yaşayış şəraiti yaratmağa hazırıq”

7 Noyabr 2020, 20:59

Azərbaycan hökuməti Qarabağın erməni icmasına yaxşı yaşayış şəraiti yaratmağa hazırdır.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitter hesabında yazıb.

 

"Donara Rəhimova etnik ermənidir, Azərbaycan vətəndaşıdır. O Azərbaycanda xoşbəxt yaşamağa davam edir. Azərbaycan hökuməti Qarabağın erməni icması üçün eyni yaşayış şəraitini təmin etməyə hazırdır. Ermənilərin və azərbaycanlıların uyğunlaşa bilməməsi barədə irqçi açıqlama cəfəngiyatdır".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi