Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
Modern.az Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, Sabunçu rayonunda doqquzmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 60 m² olan 2 otaqlı mənzildə 1 ədəd çarpayı və yataq dəsti qismən yanıb.
Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.