Modern.az

Seyran Ohanyanın müavini ölüb, mühafizəçisi yaralanıb

Seyran Ohanyanın müavini ölüb, mühafizəçisi yaralanıb

7 Noyabr 2020, 22:33

Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində Ermənistanın sabiq müdafiə naziri, general-polkovnik, Şuşanın komendantı təyin edilmiş Seyran Ohanyanın və oğlunun Şuşadakı döyüşlərdə yaralandığı barədə xəbər vermişdik.

Modern.az-ın məlumatına görə, erməni tərəfi hələ ki bunu ciddi cəhdlə təkzib etməyə çalşır.

Bu arada sosial şəbəkələrin erməni seqmentində yayaılan xəbərlərə görə, Ohanyanın mühafizə xidmətinin rəisi Sergey Hayrapetov ağır yaralanıb, müavini Vahe Sirunyan isə ölüb.

S.Hayrapetovun vəziyyətinin kritik olduğu bildirlir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!