"Azərbaycan Respublikasının Xarkovdakı Fəxri Konsulluğunun binasının naməlum şəxslər tərəfindən atəşə tutulmasını qətiyyətlə pisləyirik".
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Yekaterina Zelenko bildirib.
"Hüquq-mühafizə orqanları artıq zəruri istintaq hərəkətlərinə başlayıblar. Təqsirkarlar tapılmalı və məsuliyyətə cəlb olunmalıdırlar", - deyə Y.Zelenko bildirib.