Beynəlxalq əlqələr üzrə ekspert Mahirə Muxtarova “Vizyon58” telekanalının “Ekonomi politika” verilişinin qonağı olub.
Modern.az xəbər verir ki, ekspert Türkiyə izləyicilərinə Dağlıq Qarabağ probleminin yaranması, hazırda Qarabağda gedən döyüşlər, Azərbaycanın haqlı davasının beynəlaxalq aləmdə doğurduğu rezonans barədə fikirlərini çatdırıb.
“Avropa İttifaqı Parlamenti Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Bu baxımdan Azərbaycana dəstəkdir. Amma eyni zamanda Avropa İttifaqı ikili siyasət yürüdür. Həmçinin Fransa kimi ölkələrin Avropa İttifaqına təzyiqləri var. Yəni Avropa İttifaqı özbaşına hərəkət edə bilmir”, - deyə M.Muxtarova bildirib.
Həmin verilişin videoyazısını təqdim edirik: