Modern.az

Əhmədinejadın məktubu İlham Əliyevə verildi

Əhmədinejadın məktubu İlham Əliyevə verildi

Təhsil

12 İyul 2012, 18:21

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 12-də İran İslam Respublikasının təhsil və təlim naziri Həmidrza Hacıbabayinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Modern.az xəbər verir ki, Həmidrza Hacıbabayi Prezident İlham Əliyevə məktubu təqdim edib.
Nazir Həmidrza Hacıbabayi İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadın salamlarını və ən xoş arzularını İlham Əliyevə çatdırıb. Nazir İran Prezidentinin “Qoşulmama Hərəkatı”na üzv dövlətlərin Tehranda keçiriləcək sammitinə dəvət məktubunu Prezident İlham Əliyevə təqdim edib.
Görüşdə iki ölkə arasında  münasibətlərlə bağlı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycanın dövlət başçısı Prezident Mahmud Əhmədinejadın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarının İranın dövlət başçısına çatdırmağı xahiş edib.
Dövlət başçısı “Qoşulmayanlar Hərəkatı”nın sammitinin əhəmiyyətini vurğulayaraq, bu sammitə qatılmağı önəmli hesab edib, yaxın gələcəkdə M. Əhmədinejadla görüşəcəyinə ümidvar olduğunu bildirib.

Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış