Salam, şərəfli, qeyrətli, mərd və igid əsgərim! Siz, bizim kimi, torpaqlarmızı zaman-zaman ermənilərə pay-püş edən bir imperiyaya xidmət etmədiniz. Bizim kimi, məkrli erməni daşnaqlarının bolşeviklərlə birləşib, Bakıda, Qubada, Şamaxıda, Gəncədə və s. Azərbaycanın hər yerində qırğınlar törədərək Azərbaycan xalqını yox etməyə çalışan, bolşevik dayaqları üstündə qurulan bir imperiyaya xidmət etmədiniz. Məkrli düşmən əlləri ilə ziyalılarmızı Nargin adasında sıraya düzüb güllələyən, sibirə sürgün edib, gedər gəlməzini həyata keçirən bir imperiyaya xidmət etmədiniz. Müstəqilliyimizə mane olmaqla, xalqımızın əli silahsız dinc əhalisini əsgər güllələrinə sipər edib, 20 yanvar qırğınlarını törədən bir imperiyaya xidmət etmədiniz. Hazırkı düşməndən fərqli olaraq, bizim kimi, əsgəri xidmətin ciddi sferalarından yayındırılaraq, ucuz tikinti meydanlarına səfərbər edilən bir imperiyanın əsgəri deyilsiniz. Siz, üç rəngli, ay-ulduzlu bayrağı, dünya ölkələrinin bayraqları ilə yanaşı dalğalanan, Müstəqil Azərbaycan Respublikasının dünya standartlarına cavab verən, yeni texnoloji vəsaitlərlə təmin edilmiş, daimi hazırlıqlı olan, cəsur, şərəfli və müzəffər bir ordunun xobəxt əsgərlərisiniz.
Siz, çiçəyinin, gülünün, buğda zəmilərinin, alma, portağal bağlarının ətrini bələkdən, mışıl-mışıl yatdığınız beşikdən hiss etdiyiniz, ağrısını, acısını böyüdükcə dərk etdiyiniz Vətənin əsgərlərisiniz.
Siz, bulaqlarının pıçıltısı, çaylarının şaqraq səsi, dənizinin, göllərinin külək ağzında hayqıran dalğalarının hayqırtısı qulaqlarnızda əbədi olaraq, ümidlərnizi gələcəyə bağlayan Vətənin əsgərlərisiniz.
Siz, məkrli düşmən işğalından torpaqlarmızı azad etməyə toy, düyünə yürüyən sayaq, yürüdükcə, o əsgər çəkmələrnizin dabanından qopan, vətənin toz-torpağını canımıza məlhəm bildik. Siz, torpaqlarmızı azad etməyə yönəlmiş harr, ədalət yürüşünüzlə dastan yazırsınız, yeni tarix yazırsınız. Bu, bir çox dünya ölkərinin özünə və ordularına, eləcə də, məkrli düşüncələrinə dərs oldu. Bu, eyni zamanda Azərbaycan dövlətçiliyinin etibarı əllərdə olmasının təzahür formasıdır. Dövlətçiliyimizə və sizə rəhbərlik edən bu sükan, dünyanın məkrli informasiya məkanını dağıdan, dünya siyasətində öz ləyaqətli, liderlik səviyyəsində yeri olan Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ordumuzun Ali Baş Komandını Ümummilli Lider H. Əliyevin davamçısı İlham Əliyevin əlindədir.
Allah sizləri, Müzəffər oqrdumuzu, Müzəffər Ali Baş Komutanmızı və Azərbaycan xalqını qorusun. Sizlərə qələbə arzulari ilə... Qarşınızda baş əyir, alnınızdan öpürəm.
06.11.2020.
Fəxri Müslüm