Modern.az

Sabahın hava PROQNOZU: duman, külək...

Sabahın hava PROQNOZU: duman, külək...

8 Noyabr 2020, 12:08

Noyabrın  9-da gözlənilən hava şəraiti ilə bağlı proqnoz açıqanıb.

 


ETSN Milli Hidrometeorologiya Xidmətinin Modern.az-a verdiyi məlumata görə noyabrın 9-da Bakıda və Abşeron yarımadasında havann dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.  Havanın temperaturu Abşeron yarımadasında gecə 8-11, gündüz  15-18, Bakıda gecə 9-11, gündüz 15-17 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan yüksək 772 mm civə sütunundan 768 mm civə sütununa enəcək, nisbi rütubət gecə70-80 faiz,  gündüz 50-55 faiz olacaq. 

 

 

 

Noyabrın 9-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər saatlarında duman olacağı gözlənilir. Qərb küləyi əsəcək.  Havanın temperaturu  gecə 6-10,  gündüz 15-18, dağlarda gecə 0-4, gündüz  6-10 dərəcə  isti olacaq.  

 

 

Tibbi-meteoroloji proqnoz

Noyabrın 09-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü, iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üşün əsasən əlverişlidir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?