Noyabrın 8-də sosial şəbəkələrdə yayılan video və fotoşəkillərdə Qarabağdan – Xankəndindən üzü Ermənistan istiqamətinə böyük köçün hərəkət etdiyi əks olunub.
Modern.az-ın məlumatına görə, video və fotoşəkillərdən aydın olur ki, Xankəndi-Kəlbəcər-Vardenis yolu yüklənib.
Azərbaycan Ordusunun ayaq səslərini eşidən ermənilər işğal altındakı torpaqlarımızdan qaçmağa başlayıblar.