Modern.az

Sabirabadın icra başçısına da orden verildi

Sabirabadın icra başçısına da orden verildi

Təhsil

12 İyul 2012, 19:16

Sabirabad rayonu İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov da prezident İlham Əliyev tərəfindən təltif edilib.  Modern.az prezidentin rəsmi saytına istinadən xəbər verir ki, dövlət başçısı  Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Nazim Mehdi oğlu İsmayılovun 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqda sərəncam imzalayıb.

Qeyd edək ki, Nazim İsmayılovun da 60 yaşı tamam olur. Nazim İsmayılov 24 iyul 1952-ci ildə Göyçay rayonu Kürdşaban kəndində anadan olub. 1974-cü ildə Azərbaycan Neft və Kimya İnstitutunun, istilik energetik mühəndisi fakültəsini bitirib. 1991-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda politoloq fakültəsi üzrə ali təhsilini başa vurub. 1983-1985, 1988-1990, 1992-1994 –cü illərdə Göyçay rayon Xalq Deputatları Sovetinin (XDS) deputatı olub. 
31.05.1994 - 19.04.2001-ci illərdə Göyçay rayonu İcra Hakimiyyəti başçısının müavini, 19.04.2001 - 07.07.2006-ci illərdə Göyçay rayonu İcra Hakimiyyəti başçısı vəsifəsində çalışıb.
Sonradan iş yeri dəyişdirilən N.İsmayılov 07.07.2006 - 21.04.2011-ci il aralığında Şamaxı rayonu İcra Hakimiyyətinin başçısı postunu tutub. 
Prezident İlham Əliyevin 21 aprel 2011-c il tarixli sərancamına əsasən, Nazim İsmayılov Şamaxı rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Elə həmin gün onun Sabirabad rayonu İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında da sərəncam imzalanıb.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış