Modern.az

Yaponiya səfiri deputatlara Bakıda riqqətə gəldiyi hadisəni xatırladıb

Yaponiya səfiri deputatlara Bakıda riqqətə gəldiyi hadisəni xatırladıb

Təhsil

12 İyul 2012, 19:45

İyunun 11-də Yaponiyanın Azərbaycandakı Səfirliyində Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüş keçirilib. Bu barədə Modern.az-a işçi qrupundan məlumat verilib.
Məlumatda bildirilib ki, görüşdə Azərbaycan-Yaponiya parlamentlərarası işçi qrupunun rəhbəri Abel Məhərrəmov başda olmaqla deputatlar Eldar Quliyev, Əli Məsimli, İsa Həbibbəyli, Ceyhun Osmanlı və Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə  iştrak edib. 
İşgüzar şəraitdə keçən görüşdə Azərbaycan-Yaponiya arasında münasibətlərin daha da yaxşılaşdırılması məsələsi qaldırılıb. Görüş zamanı Yaponiyanın Azərbaycandakı səfiri Şesuke Vatanabe qeyd edib ki, ötən Yaponiyada baş verən sunami zamanı Azərbaycanın məcburi köçkün uşaqlarının Yaponiyadakı öz həmyaşıdlarına maddi yardım etdikləri unudulmayıb.
Səfir bildirib ki, bu, onların yaddaşına həmişəlik həkk olunub. Çünki məcburi köçkün uşaqları öz çörəkpullarını yaponiyalı həmyaşıdlarına göndərməklə humanizm prinsilərini dünyaya bəyan ediblər.
Görüşdən sonra qərara alınıb ki, bu cür görüşlər davam etdirilsin. Eyni zamanda bildirilib ki,  belə görüşlər qarşılıqlı münasibətlərin, parlamentlərarası əlaqələrin inkşafında böyük rol oynayacaq.

  Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış