Milli Məclisin sədri Sahibə Qafarova Şuşanın işğaldan azad olunması münasibətilə Azərbaycan xalqını təbrik edib.
Modern.az xəbər verir ki, Sahibə Qafarova bu barədə Tvitter səhifəsində paylaşıb:
"Bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev elan etdi ki, Şanlı Ordumuz tarixi mədəniyyət mərkəzimiz olan Şuşa şəhərini 28 illik Ermənistan işğalından azad edib. Bu münasibətlə əziz xalqıma ən səmimi təbriklərimi çatdırıram. #KarabakhisAzerbaijan"