Modern.az

Azərbaycan və Türkiyə nazirləri protolol imzaladılar

Azərbaycan və Türkiyə nazirləri protolol imzaladılar

Təhsil

12 İyul 2012, 19:49

Türkiyə Respublikasının əmək və sosial müdafiə naziri Faruk Çeliyin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri çərçivəsində iyulun 12-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində iki ölkənin nazirlikləri arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın yeddinci iclası keçirilib.

Nazirliyin İctmaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a bildirlib ki, iclasda Komissiyanın 17 may 2010-cu il tarixdə Ankarada keçirilən altıncı iclasının Protokolunda təsbit olunmuş vəzifələr və bu vəzifələrlə əlaqədar görülən işlərin nəticələri müzakirə edilib. İclasın sonunda Azərbaycan Respublikası əmək  və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov və Türkiyə Respublikasının əmək  və əhalinin sosial müdafiəsi naziri Faruk Çelik iclasda aparılan müzakirələrin nəticələrinə dair Protokol imzalayıblar. Protokolda bildirilir ki, tərəflər öz ölkələrində əmək, sosial müdafiə, məşğulluq, miqrasiya, əməyin mühafizəsi və təhlükəsizliyi, əməyin təftişi, peşə standartlarının hazırlanması, kadr hazırlığı, xaricdə işləyən vətəndaşlarına göstərilən xidmətlər, beynəlxalq təşkilatlarla əmək və sosial müdafiə məsələləri üzrə fəaliyyətə dair əməkdaşlıq üzrə müzakirələr apardılar və bu sahələrdə qarşılıqlı təcrübə mübadiləsinin daha səmərəli şəkildə davametdirilməsini məqsədəuyğun hesab ediblər. Sənədə əsasən, tərəflər son illər ərzində iki   ölkənin   əmək  və   sosial   müdafiə   sahələrinə   aid   milli qanunvericiliklərində aparılan dəyişiklikləri nəzərə alaraq, 17 iyul 1998-ci il tarixdə Ankara şəhərində imzalanmış Azərbaycan və Türkiyə Hökumətləri arasında sosial müdafiə sahəsində əməkdaşlıq barədə Sazişin və 06 may 2004-cü il tarixdə Bakı şəhərində imzalanmış iki ölkə hökumətləri arasında sosial müdafiə sahəsində əməkdaşlıq haqqında Sazişin tətbiqinə dair Prosedur Müqavilənin yenidən işlənilməsi məqsədi ilə aparılan müvafiq tədbirlərin davam etdirilməsində, mövcud Sosial Sazişin tətbiqinin təmini ilə bağlı lazımi tədbirlərin görülməsində razılığa gəliblər. Protokolda tərəflərin əmək, məşğulluq və əmək miqrasiyası sahəsində qanunvericiliyin tətbiqinə dair məlumatlandırma və təcrübə mübadiləsi, əmək qanunvericiliyinə əməl olunmasına nəzarət və təftiş, əməyin mühafizəsi və təhlükəsizliyi sahəsində tədqiqatların aparılması, institusional potensialın yüksəldilməsi, məşğulluq siyasəti üzrə qarşılıqlı məlumat mübadiləsinin aparılması, işaxtaran və işsiz vətəndaşların peşə hazırlığı, işçi heyətinin istehsalat daxili tədrisi, yenidən hazırlığı və ixtisaslarının artırılması daxil olmaqla fasiləsiz tədris sisteminin inkişafı və digər istiqamətlərdə əməkdaşlığın və mütəxəssis mübadiləsinin həyata keçirilməsi nəzərdə tutulur.




Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış