Modern.az

Qusarda Şuşa avtoyürüşü - FOTO

Qusarda Şuşa avtoyürüşü - FOTO

Aktual

8 Noyabr 2020, 21:14

Mədəniyyətimizin beşiyi qədim Şuşanın işğaldan azad edilməsi respublikamızın hər yerində olduğu kimi, qusarlıları da ayağa qaldırıb.

 

Modern.az xəbər verir ki, Ali Baş Komandan İlham Əliyevin Şuşanın işğaldan azad olunması münasibətilə xalqa müraciətini dinləyən Qusar sakinləri də sevincdən küçələrlə çıxıblar.

 

Qusar şəhərində möhtəşəm avtomobil yürüşü keçirilib. Rayonun Çiləgir kəndindən başlayan avtomobil yürüşünün iştirakçıları şəhər ərazisində 15 km boyu yürüş ediblər. Azərbaycanın və Türkiyənin bayraqları ilə bəzədilmiş avtomobillər Qusarın mərkəzi avtovağzalı, Bayraq meydanı, bir sözlə, bütün şəhər küçələri boyunca dövrə vurublar. Sakinlərin sevincinə Qusar rayon polis şöbəsinin əməkdaşları da qoşulub və avtoyürüş boyu polislər iştirakçıları müşayiət ediblər.

 

Şuşanın alınması xəbərini bu gün Qusarda da hamı qeyd edir. Sıravi sakin də, vəzifəli şəxs də, bir sözlə, statusundan asılı olmayaraq hamı. Qusarlılar da Ali Baş Komandanımız İlham Əliyevə, şanlı Azərbaycan Ordusuna sonsuz təşəkkür edirlər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi