Modern.az

Ermənilərin atdığı mərmi Ağdam sakinini yaraladı - RƏSMİ

Ermənilərin atdığı mərmi Ağdam sakinini yaraladı - RƏSMİ

Aktual

8 Noyabr 2020, 21:37

Xəbər verildiyi kimi, bu gün düşmən tərəfinin silahlı birləşmələri tərəfindən Ağdam rayonu müxtəlif istiqamətlərdən ağır artilleriyadan atəşə tutulub.

 

Baş Prokurorluqdan Modern.az-a verilən məlumata görə, saat 20 radələrində Ağdam rayonu, Orta Qərvənd kəndinin ərazisinə mərmi düşməsi nəticəsində 1967-ci il təvəllüdlü Bədəlov Muxtar Əli oğlu xəsarət alıb.

 

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi