Modern.az

Azərbaycan Ordusunun şanlı zəfərini ürəkdən təbrik edirəm - Kılıçdaroğlu

Azərbaycan Ordusunun şanlı zəfərini ürəkdən təbrik edirəm - Kılıçdaroğlu

Aktual

8 Noyabr 2020, 21:50

Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyası (CHP) Şuşanın işğaldan azad olunması münasibəti ilə paylaşım edib.

 

Modern.az xəbər verir ki, partiyanın rəsmi feysbuk səhifəsindəki paylaşımda deyilir:

 

"Şuşanın 28 il sonra Ermənistanın işgalından azad edilərək yenidən ana vətənə qovuşmasını coşqu ilə salamlayırıq. Azərbaycanlı qardaşlarımızın yanındayq".

 

Qeyd edək ki, CHP lideri Kamal Kılıçdaroğlu da özünün feysbuk səhifəsindən Azərbaycan xalqını təbrik edib.

 

"Qarabağın qəlbi Şuşanın Ermənistanın işgalından qurtuluşunu və Azərbaycan Ordusunun şanlı zəfərini ürəkdən təbrik edirəm", - deyə Kılıçdaroğlu yazıb.

 

Turan ASLAN

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi