Keçmiş futbolçu Samuel Eto O vətəni Kamerunda qəzaya düşüb.
Modern.az xəbər verir ki, 39 yaşlı futbolçunun avtomobili yararsız hala düşüb.
Samuel Etonun vəziyyətinin yaxşı olduğu qeyd edilir.
Qeyd edək ki, Kamerun milli komandasının kemiş üzvü Samuel Eto O karyerasını 2019-cu ildə başa vurub.
O, İspaniyada “Real”, “Malyorka”, “Barselona”, İtaliyada “İnter”, “Sampdoriya”, İngiltərədə “Çelsi”, “Everton”, Rusiyada “Anji”, Türkiyədə “Antalyaspor” və “Konyaspor” kimi klubların şərəfini qoruyub. Futbolçunun son klubu “Qətər” olub.
S.Eto O karyerası ərzində 3 dəfə Çempionlar Liqasının, 3 dəfə İspaniya, 1 dəfə İtaliya çempionatının qalibi adına yiyələnib. 1996-2014-cü illərdə Kamerun yığmasında oynayan hücumçu milli tarixinin ən yaxşı bombardiridir. O, 2003, 2004, 2005 və 2010-cu illərdə Afrikanın ən yaxşı futbolçusu seçilib, 2 dəfə qitə çempionu və 2000-ci ilin Olimpiya çempionudur.