İyulun 12-də “AGBank” ASC və İslam İnkişaf Bankı Qrupunun özəl sektorda əsas qolu olan Özəl Sektorun İnkişafı üzrə İslam İnkişaf Korporasiyası (İİK) arasında 5 milyon ABŞ dolları məbləğində kredit müqaviləsi imzalanıb.
Bankdan
Modern.az-a bildirilib ki, kreditin məqsədi Azərbaycanda əsaslı inkişafa səbəb ola biləcək kiçik və orta sahibkarların seçilmiş layihələrini maliyyələşdirməkdir.
Müqavilə IIK-nin İcraçı direktoru və baş meneceri Xalid Əl-Abudi və “AGBank” ASC-nın İdarə Heyətinin sədri Azər Mövsümov tərəfindən imzalanıb.