“Onlar birinci mərhələdə işğal olunmuş 5 rayonu boşaltmalıdırlar, ikinci mərhələdə isə 2 rayonu boşaltmalıdırlar”.
Modern.az xəbər verir ki, bu sözləri “BBC News”a müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev deyib.
Dövlət başçısı daha sonra əlavə edib:
“Lakin beş rayondan dördü artıq azad edilib. Əgər onlar bunu etsələr, Ağdamın bir hissəsini, Kəlbəcəri və Laçını nə vaxt boşaldacaqlarını açıq bəyan etsələr, biz dayanarıq”.