Türkiyənin məşhur müğənnisi Sinan Akçılın Şuşa ilə bağlı paylaşımı sosial medianın gündəminə çevrilib.
Modern.az xəbər verir ki, ötən gün Azərbaycan Ordusunun Şuşa şəhərini işğaldan azad etməsi dünya mediasının gündəminə çevrildi. Xüsusilə qardaş ölkə Türkiyənin həm siyasi, həm sosial arenada Azərbaycana dəstək olması, Türkiyə cəmiyyətinin sosial mediada Şuşa paylaşımları böyük təqdirlə qarşılandı.
Ən çox səs-küyə səbəb olan paylaşımlardan biri isə məşhur müğənni Sinan Akçılın postu idi. Belə ki, Sinan Akçıl Azərbaycan əsgərinin Şuşada üçrəngli bayrağımızı dalğalandırmasını əks etdirən foto yerləşdirib. Müğənni bununla bərabər, erməni realiti-şou ulduzu Kim Kardaşyanı işarələyərək, "indi Şuşaya səyahət etmək istəyirsən?" deyə ironiya ünvanlayıb.
Sinan Akçılın bu addımı azərbaycanlı və türk istifadəçilər tərəfindən on minlərlə bəyənmə qazanıb.