Modern.az

GUAM-ın Baş Katibliyi Şuşanın azad olunması münasibətilə Azərbaycanı təbrik etdi

GUAM-ın Baş Katibliyi Şuşanın azad olunması münasibətilə Azərbaycanı təbrik etdi

Aktual

9 Noyabr 2020, 15:30

GUAM-ın Baş Katibliyi Şuşanın azad olunması münasibətilə Azərbaycanı təbrik edib. 

 

Modern.az xəbər verir ki, bu barədə təşkilatın rəsmi “Twitter” səhifəsində qeyd olunub.

 

“28 il 6 aylıq işğaldan sonra 8 noyabr 2020-ci il tarixində Şuşa şəhərinin azad olunması münasibətilə Azərbaycan Respublikasını təbrik edirik! Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyinin və ərazi bütövlüyünün tam və sürətlə bərpa olunmasını diləyirik!”, - deyə təbrikdə bildirilib. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi