Dövlət Tarixi Arxivində araşdırma apararkən tədqiqatçı, tarix elmləri üzrə fəlsəfə doktoru Fərhad Cabbarov Dağıstanda da hələ 1915-ci ildə Hacı Zeynəlabdin Tağıyevin adına qız məktəbi olduğundan söz açdı. Maraqlı fakt idi. Birlikdə 372 nömrəli fondun 1-ci siyahısındakı 50 nömrəli saxlama vahidini vərəqlədik. 98-ci səhifədə bu faktı təsdiqləyən məktubun surətini çıxardıq.
Tağıyevin Petrovskidəki Balıqçılıq Sənayesi İdarəsindən göndərilən məktubda Heydər bəy Tarkovskiının xahişi ilə Petrovskidə Hacı Zeynalabdin Tağıyev adına qız pansionuna 1914-1915-ci tədris ilinin ikinci yarısı üçün Tarkovskının qızı Şirni xanım Tarkovskinin adına 100 (yüz ) rubl keçirilməsi xahiş olunurdu.
Səxavətdə Hatəm-Taidən də üstün olan H.Z.Tağıyev üçün 100 rubl o qədər də böyük məbləğ deyildi. Bu, sadəcə olaraq xatırlatma məktubu idi.
Qeyd edək ki, Petrovski indiki Mahaçqalanın əvvəlki adıdır. Hələ XV əsrdən Dərbəndə gedən yolun üstündə əhəmiyyətli ticarət mərkəzi olan Tarki-aul Birinci Pyotrun 1822-ci ildə İran yürüşü zamanı bu yerlərdə olmasının şərəfinə Petpovski adlandırılmışdı. Petrovski şəhəri 1921-ci il mayın 14-də inqilabçı Maxaç Daxadayevin şərəfinə Maxaçqala adlandırılıb.
Azərbaycanı bu şəhərlə bağlayan əlaqələr çoxdur. Onların geniş şəkildə tədqiq edilməsi çox əhəmiyyətlidir.
Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi.