Türkiyədə son 24 saat ərzində koronavirusdan (COVİD-19) 85 nəfər dünyasını dəyişib.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.
Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 10 972 nəfərə çatıb.
Onun sözlərinə görə, ölkədə 2 576 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 396 831 nəfərə çatıb.
Nazir əlavə edib ki, ötən gün koronavirusdan 2 047 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 340 286 nəfər təşkil edir.