Modern.az

Oğuzda “Opel” 2 camışı vurdu, sərnişin xəsarət aldı

Oğuzda “Opel” 2 camışı vurdu, sərnişin xəsarət aldı

Aktual

9 Noyabr 2020, 23:50

Oğuzda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

 

Modern.az xəbər verir ki, hadisə axşam saatlarında Oğuz rayonu ərazisində baş verib.

 

Rayonun Qumlaq kənd sakini, 1978-ci il təvəllüdlü Əfqan Nurəddin oğlu Abdullayev idarə etdiyi "Opel" markalı avtomobillə hərəkətdə olarkən nəqliyyat vasitəsinin qarşısına çıxan 2 camışı vurub. Nəticədə avtomobildə olan sərnişin, rayonun Dəymədərə kənd sakini, 1961-ci il təvəllüdlü Zərnigar Xəsil qızı Mustaqova xəsarət alıb. Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qəbələ rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır (report).

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi