Modern.az

Sabah hava yenidən pisləşəcək

Sabah hava yenidən pisləşəcək

Təhsil

13 İyul 2012, 13:25

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, iyulun 14-də Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, temperaturun 30-35 dərəcə isti təşkil edəcəyi, lakin 15-də hava şəraitinin qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin güclənəcəyi, qısamüddətli yağış yağacağı, temperaturun 5-7 aşağı enəcəyi gözlənilir.

Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gecəyə doğru havanın tutqun olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 20-25° isti, gündüz 30-35° isti olacağı gözlənilir.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24°, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25°, Türkan, Hövsan, Sahil, Şıxda 25-26° isti olacağı gözlənilir.

Azərbaycan rayonlarında sabah gündüz əsasən yağmursuz keçəcək, lakin axşam və gecə əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək.

Havanın temperaturunun gecə 20-25, gündüz 31-36° isti, dağlarda gecə 10-15, gündüz 21-26° isti olacağı gözlənilir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış