Rusiya Müdafiə Nazirliyi Qarabağa gələcək sülhməramlı missiya ilə bağlı açıqlama verib.
Modern.az xəbər verir ki, Nazirlik bununla bağlı 4 bənd irəli sürüb.
-Rusiya kontingenti: 1960 hərbçi, 90 zirehli transportyor, 380 texnika
- Qüvvələrin əsasını Mərkəzi Hərbi Dairənin birləşmələri təşkil edəcək
- Rusiya müşahidə postları Qarabağ və Laçın dəhlizi boyu düzüləcək
- Rusiya Sülhməramlı Qüvvələrinin komandanlığı Xankəndi şəhərində yerləşəcək
Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev sülhməramlı missiyaya Rusiya ilə yanaşı, Türkiyə sülhməramlılarının da qoşulacağını bildirib. Sülhməramlı qüvvələr 5 il müddətinə regionda yerləşəcək. Əgər tərəflərin etirazı olmasa, həmin qüvvələrin regionda qalması, növbəti müddətə avtomatik olaraq daha 5 il müddətinə uzadılacaq.