Azərbaycanda qondarma “erməni soyqırımını” ifşa edən ilk tarixi film çəkilir. Bu barədə Modern.az saytına tanınmış kinorejissor Əbdül Mahmudov məlumat verib. Ə.Mahmudovun sözlərinə görə, film tarixi sənədlər əsasında Azərbaycanda və eləcə də bir neçə ölkədə çəkiləcək.
“Azərbaycanda indiyə kimi analoqu olmayan tarixi film çəkilir. Film əsasən faktlar əsasında, tarixi sənədlər əsasında lentə alınır. Biz həqiqəti olduğu kimi çatdıracağıq. Filmdə biz ermənilərin yalanlarını, dünyanı aldadaraq ortaya atdıqları saxta faktları ifşa etmişik. Filmin adı “Qisas qiyamətə qalmaz”dır. Çəkilişlər Tükiyənin Ərzurum, Van bölgələrində və eləcə də Türkiyənin tarixi baxımdan bir neçə yerində olacaq. Filmin digər bir epizodunu Gürcüstan ərazisində çəkəcəyik. Tarixi əhəmiyyyətli olduğu üçün bu filmin bütün detallarını olduğu kimi canlandırmağa çalışırıq. Qeyd edim ki, yalnız Pyotrın vəsiyyəti ilə bağlı bir epizod var ki, onu biz Sank-Peterburqda çəkməyi düşünürük.
Filmin digər hissələri Azərbaycan ərazisində çəkiləcək. Xüsusən də Naxçıvanda, Qubada, Şamaxıda, Bakıda və digər bölgələrdə çəkilişlər aparacağıq”, - kinorejissor qeyd edib.
Anar RÜSTƏMOV