Modern.az

Azərbaycan Gənclər Parlamenti üzvləri test imtahanı verəcək

Azərbaycan Gənclər Parlamenti üzvləri test imtahanı verəcək

13 İyul 2012, 15:49

Azərbaycan Gənclər Parlamenti Avropada siyasi debatlar, mədəniyyətlərarası görüşlər, siyasi təhsil işləri və ideyalar mübadiləsinə xidmət edən geniş platforma olacaq.

Gənclər Parlamentinin müsabiqə əsasında formalaşması və 50 gəncdən ibarət olması nəzərdə tutulub. Parlamentə üzvlərin seçilməsi prosesi 2 mərhələdə keçiriləcək: test imtahanı və müsahibə. Modern.az xəbər verir ki, test imtahanları Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən keçiriləcək. Azərbaycan Gənclər Parlamentinə üzv olmaq ərizə formasını doldurmuş şəxslər müvafiq Test Proqramları əsasında test imtahanlarına hazırlaşa bilərlər. Layihənin əsas məqsədi gəncləri narahat edən problemlərin müzakirəsini dövlət və ictimaiyyət qarşısında qaldırmaq və gənc vətəndaşların dövlətdə gedən proseslərdə iştirakını təmin etmək, mədəniyyətlərarası dialoq, beynəlxalq anlaşma, fikir və təcrübələrinin müxtəlifliyini təbliğ etmək, həmçinin Azərbaycan gənclərinin şəxsi bacarıqlarının inkişafına və fikirlərini sərbəst ifadə etmək üçün forumun təşkil edilməsinə yardım etməkdir.

Qeyd edək ki, 14-28 may 2012-ci il tarixlərində Azərbaycan Gənclər Parlamentinə aparılmış ərizə qəbulu sona çatıb. Yekun olaraq Azərbaycan Gənclər Parlamentinə üzv olmaq üçün 1187 nəfər müraciət edib.

Xatırladaq ki, Gənclər Parlamenti 11 nəfərlik təşəbbüs qrupu tərəfindən irəli sürülmüş uzunmüddətli bir layihədir.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış