Modern.az

“Vicdanımı Satıram”

“Vicdanımı Satıram”

Aktual

13 İyul 2012, 16:16

Gələcək İctimai Birliyi bugün Sumqayıtda  “Vicdanımı Satıram” adlı aksiya keçirib. Aksiyanın  keçirilməsində əsas ideya sosial ədalətsizliyinin ictimailəşdirilməsi olub. Birliyin prezidenti Atilla Cavid keçirilən aksiyanın hədəfləri barədə bunları deyib:
“Cəmiyyətimizin müxtəlif sferalarında insanlar bir–birilərini həm şəxsi, həm də vəzifə səlahiyyətlərindən birbaşa və ya dolayı yolla istifadə edərək ədalətsiz davranır,  şəxsi maraqlarını ümumi maraqlardan üstün tutur. Bu isə öz növbəsində demokratik cəmiyyətin formalaşmasında təməl prinsiplərdən biri, “ədalətlilik” prinsipini pozur. Vəziyyətin arzuolunmaz formada davam etməsi Demokratikləşmə yolunda irəliləyən cəmiyyətimiz üçün böyük əngəllər yaradıb və yaratmaqdadır. Liberal gənclər olaraq biz bunun əleyhinəyik və demokratikləşmə uğrunda öz tövhəsini  vermək arzusundayıq. Adı çəkilən problemə etirazımızı bu formada etməklə sosial təbəqəsindən asılı olmadan insanları ədalətli olmağa,  şəxsi azadlıqlara və ən əsası demokratiyanın təməl pirinsiplərinə hörmət və əməl edilməsinə çağırırıq”.

  Modern.az
Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir