Modern.az

Tramp təslim olmur: “Biz qalib gələcəyik!”

Tramp təslim olmur: “Biz qalib gələcəyik!”

Dünya

10 Noyabr 2020, 20:56

ABŞ prezidenti Donald Tramp seçici səsləri uğrundakı mübarizədə “böyük irəliləyiş”ə nail olduqlarını bildirib.

 

Modern.az xəbər verir ki, prezident bu barədə özünün tvitter hesabında yazıb.

 

“Biz böyük irəliləyiş əldə etmişik. Nəticələri gələn həftə gəlməyə başlayacaq. Amerika yenidən böyük olur! Biz qalib gələcəyik!”, - prezident qeyd edib.

 

Xatırladaq ki, noyabrın 3-də ABŞ-da keçirilən prezident seçkilərinin bir sıra ştatlardakı nəticələri hələ məlum deyil. Hazırkı prezident D.Tramp qalib gəldiyini, lakin onlara verilən səslərin rəqib Demokrat Partiyası tərəfindən oğurlandığını iddia edib. D.Trampın seçki qərargahı səsləri yenidən hesablamağı tələb etmək niyyətindədir. Hərçənd nüfuzlu telekanalların hesablamalarına görə, seçkilərdə demokratların namizədi Cozef Bayden irəlidədir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal